“İnşaatçı-Neftçi” MMC şirkəti 2003-cü illərin əvvəllərində Azərbaycan Respublikasında yaradılmışdır. Tikinti və logistika sahəsində illərin intensiv əməyi nəticəsində qazanılmış təcrübə, “İnşaatçı-Neftçi” MMC-nə imkan verir ki, o öz müştərilərinə qarşılıqlı sərfəli əməkdaşlıq şərtləri təklif etsin və onların tələb və istəklərinə olduqca diqqətlə yanaşsın. Biz öz işimizi sevirik və onun bizim üçün nə qədər önəmli olmasını qeyd etməkdən çəkinmirik. Bütün həyata keçirilmiş iri həcmli layihələrdə: tikinti, təmir və logistika sahələrində böyük təcrübə toplamış mütəxəssislərini artıraraq şirkət illər boyu daimi böyüyürdü.

“İnşaatçı-Neftçi” MMC sənaye və kommersiya obyektlərinin inşaası layihələrini həyata keçirmiş böyük təcrübəyə malik mühəndis və usta heyətinə malikdir. Tikinti sektorunun dinamik inkişafını nəzərə alaraq şirkətimiz göstərilən xidmətlərdə üstünlüyünü saxlamaq üçün müasir texnologiyalardan istifadəyə xüsusi önəm verməkdədir. Belə yanaşma həm bizim müştərilərimizə, həm bizə maksimal fayda verir. Şirkətimizin personal bazarın tələblərinin dəyişməsinə və yeni müştərilərin istəklərinə operativ reaksiya vermək üçün hər tərəfli təlimatlandırılmışdırlar. İstənilən layihənin hazırlıq tədbirlərindən tutmuş işin təhvil verilməsinə qədər ənənəvi olaraq məqsədimiz ilk növbədə keyfiyyət amilinə nəzarət etməkdir.

Bizim texniki təhlükəsizliyə verdiyimiz önəm hər zaman qürur duymağımıza əsas olmuşdur. Belə ki, iri və neft-qaz sektorunda olan şirkətlərin çoxsaylı sifarişlərini layiqincə yerinə yetirməyimiz texniki təhlükəsizlik sahəsində böyük inkişafa nail olmağımıza təkan vermişdir. Yuxarıda göstərdiyimiz səbəblərdən dolayı son illər bir sıra böyük şirkətlər bizim müştərilərimiz olmuşdur.

Biz göstərə biləcəyimiz istənilən xidmətə dair verəcəyiniz suallarınıza cavab verməkdən məmnun olardıq.